“Azərbaycanda olduğu kimi, burada yaxşısı da var, pisi də”

7 May 23:00 Sizdən Bizə 106
“Azərbaycanda olduğu kimi, burada yaxşısı da var, pisi də”

“Burada da ideal olmayan qazonlar görmək mümkündür”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in sabiq kapitanı Yeqor Xvalko deyib.

Ötən 3 ildə Gəncə təmsilçisinin formasını geyinmiş belaruslu hazırda legioner həyatını Qazaxıstanda davam etdirir.

28 yaşlı belaruslu mərkəz müdafiəçi Azərbaycanı tərk edəndən sonra “Tobol”la anlaşdı ki, burada ölkə kubokunun qalibi, Premyer Liqanın bürünc medal mükafatçısı oldu.

Lakin bu ilin fevralından “Atırau”nun uğurları üçün tər tökür. O, hər iki ölkənin futbol infrastrukturunu müqayisə edib:

“Tobol”un orta səviyyəli bazası var. Nə müasirdir, nə də SSRİ-dən qalma, lazım olan şərait yaradılıb.

Digər klublarda da vəziyyət yaxşıdır. Qazonlara gəlincə, Azərbaycanda olduğu kimi yaxşısı da var, pisi də.

Razılaşaq ki, Şamaxıdakı örtük sağlamlıq üçün təhlükəlidir, zədə ehtimalı artır. Ümumiyyətlə, sintetik örtüklər futbolçulara ziyandır.

Müasir standartlara cavab verənlər yaxşıdır. Məsələn, “Jenis”in meydanı sünidir, ancaq yenidir.

İdeal vəziyyətdədir, orada iki dəfə oynamışam, heç bir narahatlıq olmayıb.

“Kaysar”ın stadionu da yeni tikilib, sintetik meydandır. Ötən mövsüm kubokun finalını orada oynadıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti