“Maneələr aradan qaldırılır, Azərbaycanla qardaşlığımız daha da güclənir”

1 Aprel 2021 12:50 Sizdən Bizə 573
“Maneələr aradan qaldırılır, Azərbaycanla qardaşlığımız daha da güclənir”

“Bu gündən etibarən can Azərbaycana səyahətlər yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün olacaq”.

Sportinfo.az xəbər verir ki, bu barədəTürkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu öz tvitter hesabında yazıb.

“Bütün maneələr aradan qaldırılır, qardaşlığımız daha da güclənir. Vətəndaşlarımız və azərbaycanlı qardaşlarımız üçün xeyirli olsun”,- deyə Türkiyə XİN başçısı qeyd edib.

Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında “Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında 1 saylı Protokol” bu gündən qüvvəyə minib.

Sözügedən sənədin qüvvəyə minməsi ilə iki ölkə vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsindən istifadə etməklə, digər ölkəyə 90 gün qalma müddətli vizasız səyahət edə biləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 18:10 Çək və bizə göndər!
30 İyun 00:00 Avropa çempionu oldular