
Son üç mövsümü «Səbail»də keçirmiş Cabir Əmirli özüenə yeni komanda tapıb.
«Dənizçilər» Premyer Liqanın tərk etsə də, o, gözlənildiyi kimi, «Karvan»a yollanmayıb, I Liqada başqa yerə üz tutub.
Müdafiəçi «Mingəçevir»lə müqavilə imzalayıb.
Vaxtilə «Neftçi»nin formasını geyinmiş cinah oyunçusu ən azı gələn ilin yayınadək «işıçıqlar»ın uğurları üçün tər tökəcək.
Liqanın çempionluğa ən iddialı iştirakçısı 28 yaşlı müdafiəçiyə 2000 manatdan bir qədər aşağı məbləğdə maaş ödəyəcək.
SPORTİNFO.AZ