AFFA-nın vitse-prezidenti Premyer Liqa klubuna futbolçu transfer etdi

4 Fevral 2023 21:20 Səbail 2 015
AFFA-nın vitse-prezidenti Premyer Liqa klubuna futbolçu transfer etdi

“Səbail”in president olmağa can atan AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bu klubun son transfer əməliyyatında iştirak edib.

O, "Şamaxı"dan Mirəli Əhmədovun Bayıl təmsilçisinə keçidində vasitəçi olub. Müşahidə Şurasının üzvü Əbdülqəni Nurməmmədovla birgə.

Əhmədov komandanın yeni baş məşqçisi Şahin Diniyevin planlarında yer almayıb. Onu əvvəlcədən da tanımayıb.

Sadəcə ,“Səbail”də işləməsinə kömək etmiş Sadıqovun sözündən çıxmayaraq, futbolçunu kollektivin sıralarınqa qəbul eləyib.

“Dənizçilər” cinah müdafiəçisi ilə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Əhmədov bu mövsüm "Şamaxı"nın heyətində Premyer Liqada 1 matça çıxıb.

U-19 yığmasına da çağırılan arxa xətt oyunçusu əyalət təmsilçisində praktika qazanmadığı üçün burada qalmayıb. "Şamaxı" bu keçidə qarşı qarşı tərəfdən təzminat almayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti