Beynəlxalq turnirə qələbə ilə başladı - Şəhriyar Məmmədyarov

03:20 Şahmat 64
Beynəlxalq turnirə qələbə ilə başladı - Şəhriyar Məmmədyarov

Özbəkistanda şahmat üzrə “UzChess Cup” adlı ənənəvi beynəlxalq turnirə start verilib.

Sportinfo.az xəbər verir ki, ən güclülərin yarışdığı “Masters” bölümündə Azərbaycanı milli komandanın üzvü Şəhriyar Məmmədyarov təmsil edir.

Birinci turda təmsilçimiz Hindistan şahmatçısı Vidit Santoş Gujrathiyə qalib gələrək yarışda ilk xalını qazanıb.

Turnirin “Challenge” bölməsində ölkəmizin iki şahmatçısı – Eltac Səfərli və Məhəmməd Muradlı da çıxış edir. Onların yarışında birinci turun partiyaları bu gün oynanılacaq.

Altı ölkənin qatıldığı beynəlxalq turnirə iyunun 15-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
8 İyun 07:00 Günün hava proqnozu