Millinin və “Qarabağ“ın qapıçısı rəsmən “Sabah”da

28 İyun 2020 16:20 Sabah 981
Millinin və “Qarabağ“ın qapıçısı rəsmən “Sabah”da

Sportinfo.az-ın 3 gün xəbər verdiyi kimi, “Sabah” heyətini yeni oyunçu ilə gücləndirib (https://www.sportinfo.az/idman_xeberleri/sabah/86924.html).

Klubun rəsmi saytının məlumatına görə, Azərbaycanın U-21 millisinin qapıçısı Nicat Mehbalıyevlə 3 illik müqavilə bağlanılıb.

19 yaşlı qapıçı karyerası ərzində “Qarabağ” və “Sumqayıt” da çıxış edib.

“Sabah” daha öncə Amin Seydiyev, İdris İnqilablı, Samir Məhərrəmli və Slavik Alxasovun keçidini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM