"Sabah" 5-ci transferini "Qarabağ"dan etdi

26 İyun 2020 18:06 Sabah 2 151
"Sabah" 5-ci transferini "Qarabağ"dan etdi

«Sabah» sayca 5-ci transferini gerçəkləşdirib.

Sportinfo.az-ın məlumatına görə, Masazır təmsilçisi «Qarabağ»dan Nicat Mehbalıyevi heyətinə qatıb.

Gənclər yığmasına da dəvət alan qapıçı yeni klubu ilə 3 illik müqavilə imzalayıb. Nicat yarımçıq dayandırılan mövsümün ilk yarısını icarə əsasında «Sumqayıt»da keçirib.

«Sabah» buna kimi «Keşlə»dən Slavik Alxasovun, «Qəbələ»dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!