"Sabah"ın mənə ehtiyacı varsa..." - FRANSIZ QOLÇU

24 Mart 2020 16:14 Sabah 742
"Sabah"ın mənə ehtiyacı varsa..." - FRANSIZ QOLÇU

Sportinfo.az "Sabah"ın fransalı hücumçusu Kevin Kubembanın müsahibəsini təqdim edir:

- Koronavirusla mübarizəni hansı səviyyədə aparırsınız?
- Hamı kimi mən də evdə ailəmlə birlikdə oluram. Evdə yüngül məşqlər etməyə çalışıram. Formada qalmaq üçün hər gün bunu edirəm.

- Bəziləri koronavirus təhlükəli saysa da, bəziləri bunu ciddiyə almır. Siz bunu necə qəbul edirsiz?
- Panikaya düşməmişəm. Sadəcə ehtiyatlı olmaq lazımdır. Eyni zamanda, deyilənlərə əməl etmək lazımdır. Onları etsək inanıram ki, hər şey yaxşı olacaq.

- Fransada da durum yaxşı deyil. Yəqin ki, ölkənizə qayıtmaq haqda düşünməmisiniz...
- Yox, Fransaya qayıtmaq haqda heç düşünməmişəm. Çünki təəssüflər olsun ki, orada vəziyyət daha ağırdır. Həm də mənim işim hazırda Azərbaycandadır. "Sabah"ın mənə ehtiyacı varsa, hər zaman buna hazır olmalıyam. Yəni bu haqda düşünürəm.

- Yəqin ki, məlumatınız var, Azərbaycan Premyer Liqası aprelin 14-nə qədər təxirə salınıb. Bu periodda özünüzə necə fikir verəcəksiniz, fiziki və ya psixoloji problem yaşamayacaqsız?
- Doğrudan da, bu çox uzun müddətdir. Amma nə etmək olar ki, bizim çıxış yolumuz yoxdur. Deyilənlərlə razılaşmalıyıq. Bizim edə biləcəyimiz yalnız, sağlam qalıb, özümüzü düşünməyimizdir.

- Amma maraqlı məqam burasındadır ki, UEFA da çempionat oyunlarının iyunun sonuna kimi başa çatmasını tələb edib. Liqanı bitirmək üçün sizin hər hansı təklifiniz var?
- Əslində bu vəziyyətin üstünlüyü bir az istirahət edib, hazırlaşmağımızdır. Son oyunlara daha yaxşı hazırlanmağımız üçün istirahət də yaxşıdır.

- Uzun müddət futbol oynamamısınız. Fasilədən sonra çempionata hazır olacağınızı düşünürsünüz?
- Mövsümün sonuna az qalıb. İnanıram ki, son turların bir neçəsində oynaya biləcəm. Məhz belə halda özümə güvənəcəm. Bunun üçün daim çalışacam (apasport.az).

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!