"Sabah"ın həsrəti bitdi: "Bu, baş məşqçinin qərarından asılıdır"

14 Mart 2020 13:40 Sabah 980
"Sabah"ın həsrəti bitdi: "Bu, baş məşqçinin qərarından asılıdır"

"Sabah"ın uzun müddətdir zədədən əziyyət çəkən hücumçusu Kevin Kubemba artıq komanda ilə məşqlərə qoşulub

Bu barədə Sportinfo.az-a "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib:

"Kevin bir müddətdi komanda ilə məşqlərə qatılır. Zədəsi sağalıb. Ancaq uzun müddət yaşıl meydanlardan kənarda qaldığına görə, formasını bərpa etməlidi. Şans qazanıb-qazanmaması baş məşqçinin qərarından asılıdı"

Mövsümün əvvəli "Səbail"dən transfer olunan 27 yaşlı fransalı legioneri "Sabah"ın Türkiyədəki yay təlim-məşq toplanışında zədələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"