"Qarabağ"la "Sabah"ı incidən hakimlik – İKİ KRİTİK VİDEO

1 Mart 2020 18:40 Sabah 885
"Qarabağ"la "Sabah"ı incidən hakimlik – İKİ KRİTİK VİDEO

Premyer Liqanın dünən keçirilən 19-cu turunun «Qarabağ» - «Sabah» qarşılaşması kifayət qədər maraqlı və mübahisəli keçdi.

Xüsusən ikinci hissədə qeydə alınan epizodlar geniş müzakirələrə yol açdı. Xayme Romeronun penalti və qol fraqmenti üzərindən fikirlər haçalandı.

Hakimlər hər iki epizodda ciddi səhvə yol verdi. Elçin Məsiyev və köməkçiləri olanları düzgün qiymətləndirməməklə, tərəflərin əsəbləriylə «oynadı».

İlk epizodda penaltidən öncə oyundankənar vəziyyət var idisə, ikincidə topun Maksim Medvedevdən küncə çıxdığı görünür.

Sportinfo.az ispaniyalı yarımmüdafiəçinin baş rol aldığı həmin mübahisəli məqamları təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”