"Qarabağ"ın heyətində top-futbolçular var"

29 Fevral 2020 10:38 Sabah 1 346
"Qarabağ"ın heyətində top-futbolçular var"

"Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq". Sportinfo.az xəbər verir ki, bu sözlər "Sabah"ın baş məşqçisi Jelko Sopiçə məxsusdur.

45 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunda bu gün "Qarabağ"a qarşı oynayacaqları səfər matçı haqda danışıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 18:00-da başlayacaq:

"Mən Azərbaycana yeni gələndə onlar "Sevilya" kimi rəqibə qarşı oynayırdılar. Qrupda nəticələri bir qədər yaxşı olmadığı üçün "pley-off"a çıxa bilmədilər.

Bununla belə, "Qarabağ"ın necə güclü rəqib olduğunu yaxşı bilirik. Onlara meydanda boş sahə versək, futbolçularımız yalnız özləri üçün oynasalar, problem yaranacaq.

"Qarabağ"ın heyətində top-futbolçular var. Kompakt oynayırlar, istənilən rəqibə qol vura bilirlər. Amma bizim də üstünlüklərimiz var. Ehtiyat oyunçular skamyasında Ramil Şeydayev, Marko Deviç kimi hücumçular əyləşir.

Deviç zədədən yenicə qayıdıb. Hər ikisi "Qarabağ"a qarşı matçda bizə xeyir verə bilər. Yaxşı nəticəyə ümid edirik. Asan olmayacaq, lakin ən pis halda 1 xal qazana biləcəyimizə inanıram".

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu