Premyer Liqada cari mövsümün "qırmızı" alanları

24 Fevral 2020 12:30 Sabah 622
Premyer Liqada cari mövsümün "qırmızı" alanları

“Sabah” mövsümün antirekordunu təkrarlayıb.

Sportiнfo.az xəbər verir ki, paytaxt təmsilçisi Premyer Liqanın cari mövsümündəki qırmızı vərəqələrin sayında liderliyə şərik çıxıb.

“Səbail”lə hazırda davam edən XVIII turun matçında Yevgeni Koçuk da meydandan qovulub. Moldovalı komandanın mövsümdəki 4-cü belə oyunçusudur. Ona qədər Bəhlul Mustafazadə, Filip İvanoviç və Təmkin Xəlilzadə də intizamsızlıq nümayiş etdirib.

Cari mövsümdə “Sabah”a qədər yalnız bir komanda – “Qəbələ” bu qədər qırmızı vərəqə alıb. “Keşlə”, “Neftçi”, “Sumqayıt” və “Zirə”nin üç belə cəzası var. “Səbail” iki, “Qarabağ” cəmi 1 dəfə oyunçusunun meydandan qovulmasına üzülüb.

Futbolçular arasında antirekord Azərbaycan yığması üçün milliləşdiriləcək Sezar Meza Kolliyə məxsusdur. İtaliya vətəndaşı olan paraqvaylı legioner artıq iki dəfə belə cəza alıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!