1,5 illik fasilədən sonra yenidən Azərbaycan klubunda - FOTOLAR

24 Fevral 2020 09:00 Sabah 600
1,5 illik fasilədən sonra yenidən Azərbaycan klubunda - FOTOLAR

Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Sportiнfo.az xəbər verir ki, "Sabah" evdə "Səbail"i qəbul edib.

"Bank Respublika arena"da keçirilən görüş qolsuz başa çatıb. Matçın 15-ci dəqiqəsində meydan sahiblərinin heyətində moldovalı yarımmüdafiəçi Yevgeni Koçuk qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

88-ci dəqiqədə "Sabah"ın yeni transferi Ramil Şeydayev meydana daxil olaraq təqribən 1,5 illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında debüt edib. Bu nəticədən sonra xallarını 20-yə çatdıran "Sabah" 6-cı pillədəki mövqeyini qoruyub. "Səbail" isə 19 xalla 7-ci sırada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti