Millinin hücumçusu 25 min dollara görə Azərbaycana qayıdıb?

19 Fevral 2020 11:03 Sabah 1 614
Millinin hücumçusu 25 min dollara görə Azərbaycana qayıdıb?

Ramil Şeydayevin «Dinamo»dan ayrılandan sonra karyerasını Azərbaycanda davam etdirməyə qərar verməsi Rusiyada böyük təəccüblə qarşılanıb.

Bundan ən çox təsirlənən samaralı futbolsevərlərdir.

Çünki onlar millimizin üzvünün yenidən «Krılya Sovetov»a dönəcəyini gözləyirdi. «Krılya» tərəfdarları sosial şəbəkələrdəki fan-səhifələrdə Şeydayevin «Sabah»la 4 aylıq müqavilə bağlamasının maddi şərtlərlə bağlı olmasını yazıb.

Sportinfo.az-ın məlumatına görə, onlar Moskva təmsilçisini Azərbaycan Premyer Liqasına dəyişən forvardın doğma komandalarından ayda 25 min dollar əməkhaqqı tələb etməsini açıqlayıb. «Krılya Sovetov» həmin məbləği 15 min dollara kimi aşağı salmaq istəsə də, Ramil güzəştə getməyib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Dekabr 18:10 Çək və bizə göndər!
27 Dekabr 02:30 1000 manatlıq söyüş