COP29

“Zirə”də 63, “Qəbələ”də 24, “Sumqayıt”da 49, “Sabah”da 64

12 Noyabr 03:00 Sabah 1 698
“Zirə”də 63, “Qəbələ”də 24, “Sumqayıt”da 49, “Sabah”da 64

Tellur Mütəllimov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, "Sabah"ın futbolçusunun yubileyi Premyer Liqanın XIII turuna təsadüf edib.

29 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə oyunda (2:2) sonradan meydana daxil olub.

Premyer Liqada 2015/16 mövsümündə debüt edən Tellur 200 matçda 16 qola imza atıb

. O, “Zirə”də 63 (4 qol), “Qəbələ”də 24 (5 qol), “Sumqayıt”da 49 (4 qol) və “Sabah”da 64 (3 qol) oyuna çıxıb.

Mütəllimov ölkə çempionatlarının 32 illik tarixində 200 və daha çox matç keçirən 151-ci futbolçudur.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Bu işdə uğur var!