"Sumqayıt" öz meydanında "Sabah"a uduzdu - VİDEO

15 Fevral 2020 19:40 Sabah 793
"Sumqayıt" öz meydanında "Sabah"a uduzdu - VİDEO

Azərbaycan Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" və "Sabah" üz-üzə gəlib.

Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. İlk yarıda qapılara qol vurulmayıb. Hesabı 59-cu dəqiqədə "Sabah"ın gənc oyunçusu Şakir Seyidov açıb.

Bundan 2 dəqiqə sonra Ozan Can Kökcü komandasının növbəti qolunu vurub. "Sumqayıt"dan təsəlli qoluna 90+1-ci dəqiqə Əmir Ağayev imza atıb.

Bu nəticədən sonra "Sabah" xallarını 19-a çatdırsa da, 5-ci, 22 xala malik "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Digər Xəbərlər
Xəbər Lenti