"Biz "Barselona” deyilik”

15 Fevral 2020 19:22 Sabah 1 195
"Biz "Barselona” deyilik”

“Sabah”ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, paytaxt klubunun xorvatiyalı çalışdırıcısı 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:

- Düşünürən ki, 70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik, biz “Barselona” deyilik. Buraya gələndən sonra ilk dəfə ən yaxşı 70-75 dəqiqəlik oyunumuz idi. “Sumqayıt”ın formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Bu üzdən onların paslaşmasına icazə vermək istəmirdik.

- Hər iki qolda Amadu Diallo iştirak etdi. Bunu düşünürdüz?

- Hər zaman oyunun gedişatını izləyirsiz. Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqda bunu deyə bilməzdim. Heyətdə 3 limit oyunçu var idi. Kim özünü göstərəcəksə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq.

- Bəhlul və Təmkin nə üçün yox idi?

- Sarı vərəqə cəzalısı idilər.

- Onları əvəz edənlər gələcək üçün hansısa siqnal verdimi?

- Komandadakı bütün futbolçular mənim üçün eynidi. Adı olub, heç nə etməyən oyunçunu nə edirəm?

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"