"Sabah"ın lideri: "Onlar gücümüzə güc qatmağa borcludur"

8 Fevral 2020 15:04 Sabah 702
"Sabah"ın lideri: "Onlar gücümüzə güc qatmağa borcludur"

"Çoxdandır hamımız bu oyunu gözləyirdik. Üç xal üçün ac idik. Qələbədən ötrü darıxmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə Premyer Liqanın XVI turunda "Qəbələ"ni 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

27 yaşlı cinah müdafiəçisi rəqiblə bir az prinsipiallığın olduğunu diqqətə çatdırıb: "Kubokda bizi keçmişdilər. Bu mənada borcumuz var idi və onu qaytardıq. "Qəbələ" də layiqli mübarizə apardı. Oyun qarşılıqlı hücumlar şəraitində keçdi. Sonda sevinən tərəf biz olduq".

Xəlilzadə erkən qol buraxmalarına baxmayaraq sınmadıqlarını vurğulayıb: "Erkən qol buraxdıq, həm baş məşqçi öz fikirlərini dedi, həm də biz oyunçular meydanda danışdıq ki, heç nə bitməyib.

5-ci dəqiqədə hesabda geri düşdük, irəlidə 85 dəqiqə var idi. Onlar vurubsa, biz niyə vura bilməyək? Bu futboldur. Qollar vura və ya buraxa da bilərik. Əsas odur ki, oyunun sistemindən qırılmayasan və matçdan qopmayasan.

Geridönüş edə bildik. Görüşün axırları bizim üçün bir az kritik keçdi. Rəqib çox hücum eləməyə başlayırdı. Hesabı qorumağa çalışdıq və bunu bacardıq".

Müdafiəçi öz oyunu barədə çox danışmaq istəmədiyini bildirib: "Mənim oyunuma məşqçilər və kənardan baxan futbol adamları qiymət verə bilər. Öz işimi görməyə və məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram.

Necə alındığını, məşqçi analizdə bizə göstərəcək. Komanda olaraq oyundan-oyuna daha yaxşı çıxış etməyi bir-birimizə söz vermişik. Məqsədimiz maksimum dərəcədə çox xal qazanmaqdı".

Azərbaycan millisinin də şərəfini qoruyan oyunçu "Sabah"ın yeni transferləri barədə də danışıb: "Marko Deviç bizə yad futbolçu deyil. Keçən ildə də bizim komandada olub.

Yevgeni Koçuk və Marina kollektivə yeni qoşulub, amma uyğunlaşmağa çalışırlar. Yevgeni Koçun bizdə ilk dəfə start heyətdə meydana çıxdı.

Mario Marina isə ötən turda 90 dəqiqə meydanda olub. Vaxt getdikcə daha yaxşı təsir bağışlayacaqlar. Gəliblərsə, gücümüzə güc qatmağa borcludurlar".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı