"Qol vurmaq tək onun işi deyil" - FOTOREPORTAJ

8 Fevral 2020 10:10 Sabah 543
"Qol vurmaq tək onun işi deyil" - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XVI tura start verilib. 2020-ci ildə ilk səfər matçına çıxan “Qəbələ” “Sabah”la qarşılaşıb.

“Qırmızı-qaralar” ötən turun “Keşlə” ilə görüşü ilə müqayisədə oyuna iki dəyişikliklə başlayıb. Qismət Alıyev və Ülvi İsgəndərov start heyətində yer alıb. Onlar ilk “11-lik”də Sadiq Quliyevlə Ehtiram Şahverdiyevi əvəzləyiblər.

“Kapital Bank Arena”da keçirilən görüş qarşılıqlı hücumlarla başlayıb. “Qəbələ” 5-ci dəqiqədə erkən qolla hesabı açıb. Asif Məmmədovun sağ cinahdan ötürməsini Ülvi İsgəndərov başla yaxın küncə göndərib. Qoldan az sonra Fernan Lopezin qüvvətli zərbəsində dəqiqlik çatmayıb.

Məğlub duruma düşən meydan sahibləri xeyli fəallaşaraq hissənin ortalarında ardıcıl iki qol vuraraq hesabda önə çıxıb. “Qəbələ” ardıcıl bir neçə epizodda qola yaxın olub.

Ülvinin qapını tərk edən qolkiperin başının üstündən göndərdiyi top tirdən dönübsə, hücumun davamında Klesio Baukun baş zərbəsi yaddaqalan olub. İlk yarının sonlarına qədər Rövlan Muradovla Ülvinin daha bir dəfə “çərçivə”ni nişan alması rəqib qapısı önündə gərginlik yaradıb.

İkinci hissədə də matçın ssenarisi dəyişməyib. Qarşılıqlı hücumlar şəraitində davam edən 45 dəqiqə ilk yarı qədər qol epizodları ilə zəngin olmayıb. Elmar Baxşıyevin oyunda dönüş yaratmaq üçün Ehtiram Şahverdiyevlə Abdelrafik Jerarı da meydana buraxıb.

Az sonra Ehtiramın baş zərbəsi dəqiq alınmayıbsa, Qismət Alıyevin yaxın məsafədən qapıya göndərdiyi top komanda yoldaşından dönüb. “Sabah” isə sürətli əks-hücum zamanı fərqi artırmağa nail olub.

Qismətin sağ cinahdan hava ötürməsini qapayan Şahverdiyevin toxunuşundan sonra top tirin üstündən keçib. Matçın sonlarında hücumlarının sayını artıran “qırmızı-qaralar” bir neçə təhlükəli vəziyyət yaratmağa müvəffəq olub.

Bunların birində meydan sahibləri Abdelrafik Jerarın qarşısını kobudluqla kəsib. Təyin olunan penaltini komandamızın yeni transferi Nikolas Raysel dəqiq yerinə yetirib.

O, qol hesabını debüt matçında açıb. Bu qoldan sonra da hücumlarını davam etdirən “Qəbələ” bərabərlik qolunu vura bilməyərək səfərdən 2:3 hesablı məğlubiyyətlə ayrılıb.

“Qəbələ”nin çalışdırıcısı Elmar Baxşıyev: “Oyunun belə çətin olacağını bilirdik. “Sabah” qış fasiləsindən sonra ilk oyunda uduzmuşdu. Bu gün isə evdə oynayırdı. Qış fasiləsindən sonra heyətdə bəzi dəyişikliklər oldu. Yeni futbolçularımız komandaya gec qoşulduğu üçün istədiyimiz oyunu sərgiləyə bilmirik. Amma bu komandanın potensialı var.

İnanıram ki, biz daha yaxşısına nail olub, daha uğurlu nəticələr əldə edəcəyik. Komandanın psixologiyası öz yerindədir. Ani diqqətsizlik standart vəziyyətdən iki qol buraxmağımızla nəticələndi.

İlk yarıda yaxşı epizodlarımız oldu. Lakin dəyərləndirə bilmədik. Komandamız tək Ülvi İsgəndərovdan ibarət deyil. Qol vurmaq tək onun işi deyil. Müdafiədən tutmuş hücumçuya qədər hamının qol vurmaq bacarığını bilirik, inanırıq və hamıdan bu tələb olunur”.

"Sabah"ın baş məşqçisi Jelko Sopiç: "Uzun müddətdi davam edən qələbəsizlik seriyasına son qoymağımız yaxşı oldu. İlk qolu buraxdıqdan sonra futbolçular əzmkarlıq göstərdilər. Geri dönüş etməyi bacardıq.

Yeni gələnlər hələ tam uyğunlaşmayıb. Gündən-günə daha yaxşı olacağıq. Futbolçularım bu gün yaxşı mübarizə apardılar. Meydanda əllərindən gələni etdilər. Buna görə onlara təşəkkür edirəm".

“Sabah” – “Qəbələ” 3:2

“Bank Respublika Arena”, 400 tamaşaçı

Baş hakim: Rəvan Həmzəzadə

Baş hakimin köməkçiləri: Cəmil Quliyev, Vüqar Bayramov

Dördüncü hakim: Vüqar Həsənli

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

Sarı vərəqələr: Təmkin Xəlilzadə, 31 (qeyri-idman hərəkəti); Bəhlul Mustafazadə, 90 (qeyri-idman hərəkəti) // Asif Məmmədov, 28 (hakimin qərarına etiraz); Rövlan Muradov, 38 (qeyri-idman hərəkəti); Nikolas Raysel, 85 (qeyri-idman hərəkəti)

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Marko Lozo, 90+7 (hakimin qərarına etiraz)

Qollar: Marko Deviç, 19; Mario Marina, 22; Ehtiram Şahverdiyev, 64 (ö.q.) // Ülvi İsgəndərov, 5; Nikolas Raysel, 90+2 (p.)

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 7 dəq.

“Sabah”

1. Saşa Stamenkoviç

27. Məqsəd İsayev

10. Cavid İmamverdiyev

(23. Amadu Diallo, 72)

19. Təmkin Xəlilzadə

4. Bəhlul Mustafazadə (k)

13. Filip İvanoviç

9. Marko Deviç

(11. Şakir Seyidov, 61)

30. Mario Marina

20. Yevgeni Koçuk

18. Xulio Sezar Rodriqez

(32. Rəşad Eyyubov, 86)

26. Ozan Can Kökcü

Ehtiyat oyunçular:

71. Dmitro Bezruk

5. Kərim Diniyev

6. Vadim Abdullayev

7. Coşqun Diniyev

77. Cavid Tağıyev

17. Məhəmməd Mirzəbəyov

2. Elçin Mustafayev

Baş məşqçi: Jelko Sopiç

“Qəbələ”

94. Tərlan Əhmədli

8. Qismət Alıyev

11. Asif Məmmədov (k)

(12. Abdelrafik Cerard, 59)

74. Yusif Nəbiyev

14. Ülvi İsgəndərov

(32. Nikolas Raysel, 67)

3. İviça Juniç

10. Klesio Bauk

77. Merab Qiqauri

21. Fernan Lopez

19. Rövlan Muradov

(9. Ehtiram Şahverdiyev, 46)

2. Amin Seydiyev

Ehtiyat oyunçular:

33. Müşfiq Nadirov

28. Murad Musayev

4. Sadiq Quliyev

7. Roman Hüseynov

17. Yaovi Akakpo

55. İdris İnqilablı

27. Samir Məhərrəmli

Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti