Ramin Həsənov: "Səbail"dən ayrılmağımın səbəbi "Sabah"ın təklifi oldu"

3 Fevral 2020 18:30 Sabah 1 104
Ramin Həsənov: "Səbail"dən ayrılmağımın səbəbi "Sabah"ın təklifi oldu"

"Səbail"dən ayrılmağımın səbəbi "Sabah"ın təklifi oldu".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"da baş icraçı-direktor vəzifəsinə təyin olunan Ramin Həsənov deyib. "Səbail"dən ayrılmasının səbəbini açıqlayan klub rəsmisi bunun maliyyə və ya hər hansı digər problemlə bağlı olmadığını bildirib:

"Heç bir problem olmayıb. "Səbail" rəhbərliyi ilə indi də çox yaxşı münasibətim var. Mənə göstərdikləri dəstəyə görə onlara çox sağ ol deyirəm. Klubun yarandığı ilk gündən orada işləmişəm. "Səbail"ə böyük simpatiyam var. Hər bir klubda maliyyə problemi olur. Bunun gedişimlə heç bir əlaqəsi yoxdur".

"Sabah"ı seçməsi haqda da danışan Həsənov bunları söyləyib: "Bu, sırf iş tərəfindən yanaşmadır. Mənim üçün özümü sınamaq baxımından yeni çağırışdır. Təklif "Sabah" klubundan gəldi. Mənimlə kim əlaqə saxladı? Ən yaxşısı bu barədə klubdan soruşun, özləri açıqlama versinlər. Bu, daha düzgün olar. Artıq yeni işimə başlamışam".

Digər Xəbərlər
Xəbər Lenti