"Sabah"dan antirekord

3 Fevral 2020 11:34 Sabah 865
"Sabah"dan antirekord

Bakının “Sabah” klubu Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, mövsümün ilk yarısını “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda “Zirə”dən 2 cavabsız qol buraxıb. Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar.

İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəlki mövsüm yarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM