Jelko Sopiçdən məğlubiyyətə şərh: "Bu, şahmat deyil ki, fiqurların yerlərini dəyişəsən"

1 Fevral 2020 17:26 Sabah 899
Jelko Sopiçdən məğlubiyyətə şərh: "Bu, şahmat deyil ki, fiqurların yerlərini dəyişəsən"

"Sabah"ın baş məşqçisi Jelko Sopiç Premyer Liqanın XV turunda "Zirə"yə səfərdə 0:2 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

- Demək olar, ilk hissədə hər şey nəzarətimizdə idi. Sadəcə, bu dəfə də ilk hissədə son dəqiqələrdə qol buraxdıq. "Zirə" yaxşı komandadı, yaxşı sürətli hücumçuları var. Onlara boşluqlar vermək lazım deyildi, öz səhvlərimizdən bizə qol vurdular.

- Komanda sizin gəlişinizdən bu yana çempionatda qol vurmayıb. Bu "dişsizliyi" nəylə əlaqələndirərdiniz?

- Eyni sualı məndən 5 gün əvvəl soruşmuşdular. Bu, təkcə hücum xəttinin deyil, ümumi problemidir. Qol vurmaq üçün daha yaxşı mövqe seçmək lazımdır. Cəhdimizi etdik, ancaq alınmadı.

- Yeni transfer Xulio Sezar Rodriges bu problemi həll etmək iqtidarındadır?

- Ümid edirəm k, o, gələckdə bizə kömək edəcək. Bizimlə bir məşqə çıxsa da, yaxşı təsir bağışladı. Bu, şahmat deyil ki, fiqurları yerlərini dəyişərək başqa yerə qoyasan. Adaptasiya olmalarına vaxt lazımdır. Həmçinin Yevgeni Koçuka böyük ümidlərimiz var.

- "Sabah" bu vəziyyətdən çıxmaq, nəticə qazanmaq üçün nə etməlidi?

- Qol vurmalıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti