"Sabah" yeni baş məşqçi ilə ardıcıl 5-ci məğlubiyyətlə üzləşdi

1 Fevral 2020 17:10 Sabah 816
"Sabah" yeni baş məşqçi ilə ardıcıl 5-ci məğlubiyyətlə üzləşdi

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib.

Sportinfo.az xəbər verir ki, XV turun açılış matçında "Zirə" "Sabah" komandasını qəbul edib.

Zirə İdman Kompleksinin stadionunda keçirilmiş oyunda qapılara 2 qol vurulub. Fasiləyə 1:0 üstün yollanan meydan sahibləri ikinci hissədə daha bir dəfə fərqlənməklə görüşdən 3 xalla ayrılıb.

"Zirə"nin qollarına 45+1-ci dəqiqədə yeni transfer Ağabala Ramazanov və 78-ci dəqiqədə Riçard Qadze imza atıb.

Bu, "Sabah"ın Azərbaycan Kubokunun 1/4 final oyunları da nəzərə alınmaqla, ardıcıl 5-ci məğlubiyyəti olub. Jelko Sopiçin baş məşqçi olduğu kollektiv daha əvvəl Premyer Liqada "Qarabağ" (0:1) və "Neftçi"yə (0:2), kubokda isə "Qəbələ"yə hər iki matçda (0:3, 2:3) uduzub.

Bu qələbədən sonra xalını 20-yə çatdıran "Zirə" klubu 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib. 13 xala malik "Sabah" isə 6-cı pillədə qərarlaşıb. Bu komandalar arasında ilk iki dövrədəki görüşlərdə qalib müəyyənləşməmişdi - 1:1, 2:2.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"