Ruslan Abışova nə olub?

29 Yanvar 2020 17:17 Sabah 1 158
Ruslan Abışova nə olub?

“Sabah”ın aparıcı oyunçularından biri və kapitanı Ruslan Abışov zədə səbəbindən komandanın Antalyadakı təlim-məşq toplanışında iştirak edə bilmədi.

Sportinfo.az xəbər verir ki, o, fasilə dönəmində Bakıda qalaraq, zədəsini sağaltmaqla məşğul olub.

Müdafiəçinin son durumuna aydınlıq gətirmək üçün özü ilə danışmaq istəsək də, zənglərimizə cavab vermədi. Belədə 32 yaşlı futbolçunun agenti Sərxan İbrahimoğlu ilə əlaqə saxladıq (Futbol+):

“Ruslan baldırının arxa hissəsindən zədələnib. Damar dartılması var. O noyabrın sonunda bu nahiyədən zədələnmişdi. Bir müddət müalicə olunsa da, kubok qarşılaşmalarına görə yaşıl meydana erkən qayıtdı və bunun da nəticəsi kimi köhnə zədəsini yenilədi.

Bilən bilir ki, köhnə zədə sağalmadan futbolçu yenidən eyni yerdən zədələnirsə, onun müalicəsinə daha çox vaxt lazımdı. Baş məşqçi bunu nəzərə alaraq, Ruslana zədəsini sağaltmağa imkan yaratdı.

Bu dəfə tələskənliyə yol vermək olmaz. Yaxşı ki, bərpa dövrü gözlədiyimizdən də tez keçir. Böyük ehtimalla Ruslan artıq 3-cü dövrənin ikinci turunda komanda ilə birgə olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!