Nə qədər qoca olsa da Marko, dəyər min cavana - FOTOLAR

22 Yanvar 2020 09:42 Sabah 1 319
Nə qədər qoca olsa da Marko, dəyər min cavana - FOTOLAR

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” çərçivəsində son yoxlama oyununu keçirib. Sportinfo.az xəbər verir ki,
komanda “Spartak”ın əvəzediciləri ilə qarşılaşıb. Moskva təmsilçisi ilə görüş 2:2 başa çatıb. “Sabah”ın qollarına 16-cı dəqiqədə penaltidən Marko Deviç və 70-ci dəqiqədə Ceyhun Nuriyev imza atıb.
Baş məşqçi Jelko Sopiç matçda aşağıdakı heyətə şans verib: 71.Dmitri Bezruk, 2.Elçin Mustafayev, 5.Kərim Diniyev, 20.Nemət Musayev, 17.Məhəmməd Mirzəbəyov, 99.Abbas Ağazadə, 14.Rəşad Eyubov, 29.Ceyhun Nuriyev, 97.Emil Qasımov, 77.Cavid Tağıyev, 41.Marko Deviç.
Sonradan meydana daxil olanlar: 31.Rüstəm Samiqqulin, 38.Arsen Ağcabəyov, 66. Abdulla Xaybulayev.
“Sabah” Antalya təlim-məşq toplanışı çərçivəsində Macarıstanın “Pakş” (0:2), Rumıniyanın “Akademika Klinçeni” (0:0), Qazaxıstanın “Kaysar” (3:1) və Rusiyanın “Spartak-2” (2:2) klublarıyla qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti