"Sabah" səhərin gözü açılmamış… - FOTOREPORTAJ

17 Yanvar 2020 10:38 Sabah 610
"Sabah" səhərin gözü açılmamış… - FOTOREPORTAJ

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlığı davam etdirir.

Sportinfo.az xəbər verir ki, dünən Rumıniyanın “Akademika Klinçeni” klubuyla qarşılaşan Jelko Sopiçin yetirmələri növbəti məşqə çıxıb.

Yoxlama oyununda daha uzun müddət meydanda olmuş futbolçular bərpa məşqi keçiblər. Digər futbolçular isə topla çalışmalarda iştirak ediblər.

“Sabah” Antalya toplanışı çərçivəsində növbəti yoxlama oyununu Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirəcək. Görüş yanvarın 19-da baş tutacaq.

“Sabah” Antalya toplanışında daha öncə Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klublarıyla qarşılaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”