Deviç yenidən "Sabah"da!

17 Yanvar 2020 00:28 Sabah 986
Deviç yenidən "Sabah"da!

“Sabah” heyətini yeni hücumçuyla gücləndirib.

Sportinfo.az xəbər verir ki, serb əsilli ukraynalı Marko Deviç mövsümün sonuna kimi paytaxt klubunun uğurları üçün çalışacaq.

Ukrayna millisinin sabiq üzvü 2018/19 mövsümündə də “Sabah”ın şərəfini qoruyub. Marko komandanın Premyer Liqada ilk qolunun müəllifidi. O, ötən mövsüm “Sabah” formasıyla çıxdığı 21 oyunda 8 qola imza atıb.

Marko karyerası ərzində “Zvezdara”, “Rad”, “Jeleznik”, “Vozdovats” (hamısı Serbiya), “Volın”, “Metallist” (Xarkov), “Şaxtyor” (hamısı Ukrayna), “Rubin”, “Rostov” (hər ikisi Rusiya), “Əl-Rayyan” (Qətər), “Vaduts” (Lixtenşteyn) klublarının uğurları üçün çalışıb.

Hücumçunun son komandası “Vozdovats” olub. Deviç Ukrayna millisində keçirdiyi 35 oyunda 7 qola imza atıb.

Image may contain: 1 person, sitting, table and indoor

Image may contain: 1 person, smiling, standing

Image may contain: 1 person, smiling, standing

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"