Ağayev atasının məşqçisi olduğu komandaya götürüləcəkmi?

16 Yanvar 2020 20:35 Sabah 952
Ağayev atasının məşqçisi olduğu komandaya götürüləcəkmi?

Səbail»in məşqçisi Emin Ağayev öz oğlunu işlədiyi kluba baxışa gətirib.

20 yaşlı Rafael dünəndən əsas komandanın Antalyadakı düşərgəsindədir.

Baş məşqçi Aftandil Hacıyev Sportinfo.az-a açıqlamasında bildirib ki, gənc müdafiəçi barədə rəy verməyə tələsmir:

"O, peşəkar futbolda ilk addımlarını atır. Atası mənə oğlu barədə danışandan sonra dedim ki, gəlsin, bir ona baxım. Dünən "Jetisu"ya qarşı meydana buraxmışdım.

Rafaelin üstündə işləmək lazımdır. Bir də ona oyun praktikası çox vacibdir. Belə götürəndə, fiziki göstəriciləri yaxşıdır. Mərkəz müdafiəçisi kimi keyfiyyətləri yerindədir. Cavan uşaqdır, öz üzərində işləməlidir.

Bildiyimə görə, bura gələnə kimi heç bir peşəkar klubda oynamayıb. Məktəbi "Strogina"da keçib. Rafaelə gələn oyunda da şans verəcəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı