"Biz doğru yoldayıq" - “Sabah”ın baş məşqçisi

16 Yanvar 2020 00:46 Sabah 601
"Biz doğru yoldayıq" - “Sabah”ın baş məşqçisi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Sabah” hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bakılılar Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə qarşılaşıb. Belekdəki "Titanik Mardan" stadionunda təşkil olunan qarşılaşmada qapılara qol vurmayıb.

"Sabah" ın baş məşqçisi Jelko Sopiç oyun barədə fikirlərini bildirib: "Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı.

Rəqibə fərqlənmək üçün çox şans vermədik. Bu, bizim istədiyimiz oyundu. Ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq".

Digər Xəbərlər
Xəbər Lenti