Öz menecerini qovdu, yerinə bir azərbaycanlı tapdı

15 Yanvar 2020 21:35 Sabah 1 265
Öz menecerini qovdu, yerinə bir azərbaycanlı tapdı

Qış fasiləsində "Sabah"la yollarını ayıran Hendrik Ekşteyn menecerini dəyişib.

Cənubi afrikalı yarımmüdafiəçi bildirib ki, Palesa Mxize artıq onun meneceri deyil. 29 yaşlı futbolçuya bundan sonra Ceyhun Libele menecerlik edəcək.

Hazırda klubsuz olan Ekşteynin Afrikaya qayıtmaq fikri də yoxdur. O, Avropada qalmaq, "köhnə dünya"dan özünə yeni komanda tapmaq istəyindədir. Hücumameyilli oyunçu "Orlando Pirates"dən təklif almasını isə təkzib edib.

Hendrik Ekşteyn "Sabah"a ötən ilin yayında "Kayzer Çifs"dən keçmişdi. Sportinfo.az-ın məlumatına görə, afrikalının anlaşdığı Ceyhun Libelenin bir tərəfi Azərbaycana bağlıdır.

Aıdçəkilən şəxs uzun illərdir Türkiyədə yaşayır və yalnız menecerlik fəaliyyəti ilə məşğul olmur. O, həmçinin otelçilik biznesinə girişib.

CAR-lı futbolçunun əvvəlki menecerindən imtina etməsinin səbəbinə gəlincə, bu, tərəflər arasında fikir ayrılığının nəticəsidir.

Belə ki, həmin agent Ekşteynə Avropada iddialı klub tapacağını vəd etsə də, sözünən arxasında dayanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti