"Sabah"ın Antalyada ikinci sınağı

15 Yanvar 2020 11:34 Sabah 861
"Sabah"ın Antalyada ikinci sınağı

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Belekdəki "Titanik Mardan" stadionunda, yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 18:30-da) başlayacaq.

Qarşılaşma "Sabah"ın "youtube" kanalı vasitəsilə canlı yayımlanacaq.

Masazır təmsilçisi ilk yoxlama oyununda Macarıstanın "Pakş" klubuna 0:2 hesabı ilə uduzmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti