"Sabah"a getdi, karyerası sürətlə çiçəkləndi"

3 Oktyabr 2019 14:59 Sabah 716
"Sabah"a getdi, karyerası sürətlə çiçəkləndi"

Cənubi Afrika mətbuatı mövsümlərarası fasilədə "Sabah"a transfer olunan Hendrik Ekşteynlə bağlı yazı hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yerli KİV 28 yaşlı yarımmüdafiəçinin Azərbaycana tez uyğunlaşdığını qeyd edib.

Hendrik Ekşteyn bu yay "Sabah"la 2 illik müqavilə imzalamışdı. Həmkarlarımız Cənubi Afrika yığmasının üzvünün uzun illər Avropada qalmaq niyyətində olduğunu vurğulayıb:

"Ekşteyn Azərbaycanda çox xoşbəxtdir. Stabil oynayır, qol vurur və komandasına kömək edir. Onun karyerası Azərbaycanda sürətlə çiçəkləndi. Bir çoxları onun orada bacarmayacağını düşünürdü. İşləri yolunda gedir, oynadığı futboldan və ordakı həyatından zövq alır".

Digər Xəbərlər
Xəbər Lenti