Ümit Özat: "Sabah"la danışığımız oldu, doğru seçim etmək lazımdır"

2 Oktyabr 2019 11:35 Sabah 633
Ümit Özat: "Sabah"la danışığımız oldu, doğru seçim etmək lazımdır"

"Adana Dəmirspor"dan ayrılıq ani baş tutdu. Bir gün "halallaşaq" dedilər, biz də razılaşdıq. Qovulmayan məşqçi məşqçi deyil".

Sportinfo.az xəbər verir ki, bunu türkiyəli məşqçi Ümit Özat deyib.

Son vaxtlar adı "Sabah"la birgə hallanan mütəxəssis "Radyospor"un suallarını cavablandırıb. Özat "Sabah" məsələsinə də aydınlıq gətirib. O, Azərbaycan klubu ilə danışıq apardığını və bu keçidin baş tutma ehtimalının olduğunu təsdiqləyib.

Ümit Özat həmçinin ən böyük arzusunun gələcəkdə "Fənərbaxça"nı çalışdırmaq olduğunu deyib. 43 yaşlı çalışdırıcı ölkəmizdə işləməkdə maraqlı olduğunu da vurğulayıb:

"Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də bəzi gözləntilərimiz var. Hətta "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir gün içində olmur. "Sabah" rəhbərliyi ilə ötən həftə danışığımız olmuşdu. Doğru seçim etmək lazımdı. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti