Vernidub, Tsetsadze, Ümit Özat... - "Sabah"da son durum

1 Oktyabr 2019 12:16 Sabah 806
Vernidub, Tsetsadze, Ümit Özat... -

"Sabah" rəhbərliyi ilə baş məşqçi vəzifəsinə əsas namizədlər - Yuri Vernidub və Georgi Tsetsadze arasında ilkin görüş olub.

Klubdan Sportinfo.az-a verilən məlumatlara görə, 2 gün öncə Bakıya gələn hər iki mütəxəssislə danışıqlar davam edir. Seçim çox olduğundan paytaxt təmsilçisi qərar verməyə tələsmir.

Bu arada "Sabah"dan türkiyəli məşqçi Ümit Özatla maraqlandıqlarını da təsdiqləyiblər. Son iş yeri "Adana Dəmirspor" olan mütəxəssislə telefon danışığı olub. Hələlik Özatın məsələsi açıq olaraq qalır.

Digər Xəbərlər
Xəbər Lenti