Azərbaycan klubu bu məşqçidən vaz keçir - SON DƏQİQƏ

1 Oktyabr 2019 09:14 Sabah 950
Azərbaycan klubu bu məşqçidən vaz keçir - SON DƏQİQƏ

"Sabah"ın Yuri Vernidubu Azərbaycana dəvət etməsindən məlumatlısız. "Zarya"nın sabiq baş məşqçisi xidmətində maraqlı olan klubun "Səbail"lə keçirdiyi matçı (3:0) canlı izləyib.

Sportinfo.az-ın məlumatına görə, "Əlincə Arena"nın VİP-lojasında yer alan ukraynalı çalışdırıcı meydanda gördüklərindən heç də razı qalmayıb.

Vernidub böyükhesablı qələbəyə rəğmən, "Sabah"ın oyununu və əksər futbolçularını bəyənməyib. O, Elşad Əhmədovun mövsümlərarası fasilədə apardığı transfer siyasətini bəyənməyib.

"Zarya"nı iki dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmış mütəxəssis elə şərtlər irəli sürüb ki… Böyük ehtimalla, "Sabah" onunla razılığa gələ bilməyəcək.

Əvvəla, Vernidub qışdan tez fəaliyyətə başlamaq istəmir. Odur ki, bu mövsüm üçün heç nə vəd etmir. Yəni komandaya avrokubok bileti qazandıracağına söz vermir.

Halbuki klub rəhbərliyi cari "futbol ili"nin sonunda UEFA zonasına vəsiqə arzusundadır. Bu tələb Elşad Əhmədovun da qarşısına qoyulmuşdu, indi də ukraynalıdan başqa nəsə istənilmir.

İkincisi, Vernidub 3 illik müqavilədə israr edir. Həmin müddətdən az razılaşmaya qol çəkmək fikrindən uzaqdır. Nə "1+2"yə, nə də "2+1"ə razılaşır.

Fəaliyyətinin ilk 6 ayını Azərbaycan futbolunu tanımağa sərf edəcəyini bildirən təcrübəli məşqçi növbəti sezonda medallar uğrunda mübarizə aparacaq komanda qura biləcəyinin sözünü verir.

Eyni zamanda transfer siyasətinin müəyyənləşdirilməsində tam sərbəstlik tələbi irəli sürüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!