"Tsetsadzenin "Sabah" məsələsi haqda heç bir məlumatım yoxdur"

30 Sentyabr 2019 20:22 Sabah 480
"Tsetsadzenin "Sabah" məsələsi haqda heç bir məlumatım yoxdur"

"Giorgi Tsetsadzenin "Sabah" məsələsi haqda heç bir məlumatım yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Aleksandr İaşvili deyib.

Federasiyada idman direktoru kimi də çalışan İaşvili "Sabah”ın Giorgi Tsetsadze ilə danışıq aparmasından xəbərsizdir. O, 45 yaşlı mütəxəssisin Gürcüstan Futbol Federasiyası ilə müqaviləsi olduğunu söyləyib: "Bilmədiyim mövzu haqda danışmağım qeyri-ciddi olardı. Mən indi Gürcüstanda deyiləm, xaricdəyəm.

Tbilisiyə qayıtdıqdan sonra mövzu ilə tanış olacam və ondan sonra sizə nəsə deyə bilərəm. Sadəcə onu deyə bilərəm ki, Tsetsadzenin federasiya ilə müqaviləsi var".

Xatırladaq ki, Giorgi Tsetsadze hazırda Gürcüstanın gənclərdən ibarət yığma komandasının (U-21) baş məşqçisidir.

Digər Xəbərlər
Xəbər Lenti