"Ponomaryovun nə qədər bizimlə olacağını deyə bilmərəm"

30 Sentyabr 2019 15:20 Sabah 584
"Ponomaryovun nə qədər bizimlə olacağını deyə bilmərəm"

"Səbail"ə qarşı oyun ağır alındı. Hər iki komandanın da qələbə qazanmaq şansı var idi. İlk yarıda daha sıx oynadıq. Fasilədən sonra isə bir az açıq futbol oynadıq və nəticə qazandıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Sabah"ın müdafiəçisi Məhəmməd Mirzəbəyov deyib.

Premyer Liqanın 6-cı turunda "Səbail"ə qarşı oyunda qələbə qazanan "Sabah" son pillədən qurtuldu. Mirzəbəyov İqor Ponomaryovun gəlişindən sonra qazanılan ilk qələbə haqda danışaraq, komandada hansı dəyişiklərin olub-olmamasından söz açıb: "Düzü, komandada elə bir dəyişiklik olmadı. Sadəcə, dünən bizim günümüz idi və düşən qol imkanlarından yararlandıq. İqor Ponomaryovun nə qədər bizimlə olacağını deyə bilmərəm. Amma hələ ki, nəticə var. Daha sonra nə olacağına isə mən qərar verə bilmərəm. Bunun üçün klub rəhbərliyi var. Kimin baş məşqçi olacağını deyə bilmərəm. Rəhbərlik bunu daha yaxşı bilir".

"Sabah"ın təcrübəli futbolçusu Premyer Liqanın 7-ci turunda qarşılaşacaqları "Qarabağ"la oyunda uğurlu nəticə qazanmaq üçün çalışacaqlarını bildirib: "Qarabağ" güclü komandadır. Onlara qarşı oynamaq hər zaman çətindir. Lakin futbolda hər şey baş verir. Hər şeyi edəcəyik ki, yaxşı nəticə olsun".

Digər Xəbərlər
Xəbər Lenti