"Sabah" İqor Ponomaryovu menecer kimi sifariş etdi

30 Sentyabr 2019 14:42 Sabah 527
"Sabah" İqor Ponomaryovu menecer kimi sifariş etdi

“Sabah” əsas komandanın müvəqqəti baş məşqçisi İqor Ponomaryovu Peşəkar Futbol Liqasına (PFL) menecer qismində sifariş edib.

Sportinfo.az xəbər verir ki, 59 yaşlı mütəxəssisin məşqçi lisenziyasının müddəti başa çatdığı üçün bu cür addım atılıb.

Ona görə də Ponomaryov Premyer Liqanın VI turunda “Səbail”i 3:0 hesabı ilə məğlub etdikləri debüt matçında texniki zonada klub rəsmisi kimi əyləşib. Mətbuat konfransında isə jurnalistlər önünə məşqçi Rövşən Babayev çıxıb.

Elşad Əhmədovu istefasından sonra “Sabah”ın boş qalan baş məşqçi postuna kimin təyin ediləsəyinə namizədlərlə görüşdən sonra aydınlıq gələcək. Hazırda bu vəzifəyə ukraynalı Yuri Vernidub və gürcüstanlı Georgi Tsetsadze namizəd göstərilir. Onlarla görüş bu gün olacaq.

Digər Xəbərlər
Xəbər Lenti