"Sabah"dan siftə - FOTOLAR

30 Sentyabr 2019 09:14 Sabah 341
"Sabah"dan siftə - FOTOLAR

Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, bu tur "Sabah" komandasının çempionatda ilk qələbəni qazanması ilə əlamətdar olub.

Masazırdakı "Bank Respublika Arena"da "Səbail"i qəbul edən "Sabah" rəqib qapısından 3 cavabsız top keçirib. Hesabı 78-ci dəqiqədə Coşqun Diniyev açıb. İkinci topu 85-ci dəqiqədə Cavid İmamverdiyev vurub.

Son nöqtəni isə 90+6-cı dəqiqədə 2000-ci il təvəllüdlü Şakir Seyidov qoyub. Cari çempionatda ilk qələbəsini qazanan "Sabah" xalını 5-ə çatdırıb və sonuncu yerdən qurtulub. "Səbail" isə 10 xalla ikinci sırada qalıb.

İqor Ponomaryov bu qarşılaşmada "Sabah"ın müvəqqəti baş məşqçisi kimi debüt etsə də, müvafiq kateqoriyası olmadığı üçün texniki zonada klub rəsmisi kimi əyləşib. Onu oyun sonrası mətbuat konfransında protokolda baş məşqçi kimi göstərilən köməkçisi Rövşən Babayev əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"