"Bu qələbəyə çox ehtiyacımız var idi" - Amadu Diallo

29 Sentyabr 2019 21:20 Sabah 341
"Bu qələbəyə çox ehtiyacımız var idi" - Amadu Diallo

"Sabah"ın hücumçusu Amadu Diallo Premyer Liqanın VI turunda evdə "Səbail"i 3:0 hesabı iləməğlub etdikləri oyundan (3:0) sonra Sportinfo.az-ın əməkdaşının suallarını cavablandırıb. Fransalı futbolçu əvvəlcə qələbəni şərh edib.

- Bizim üçün önəmli qələbə idi. Bunu mövsümün əvvəlindən gözləyirdik. Qalib gəldiyimiz üçün çox xoşbəxtik.

- Komanda bu gün tamam başqa həvəslə oynadı. Ola bilər ki, bu, futbolçuların tribunadan oyunu izləyən yeni baş məşqçiyə özlərini göstərmək istəməsi ilə bağlı idi?

- Ola bilər, razıyam. Hazırkı əhval-ruhiyyəmizi saxlamalı və bu cür davam etməliyik.

- Hesabda 2 top fərqi ilə öndə olsaz da, elə oynayırdız ki, sanki uduzursuz...

- Burada qələbə istəyimizin də rolu böyük idi. İlk qoldan sonra arxaya çəkilmədik. Daha çox qol vurmaq istəyirdik.

- Düşünmək olar ki, bu qələbə "Sabah" üçün dönüş nöqtəsi olacaq?

- İnanıram ki, bu, gələcək qələbələrimizin başlanğıcı olacaq. Buna çox ehtiyacımız var idi.

- Öz oyununuz haqda nə deyə bilərsiz? Komandaya tam uyğunlaşa bilmisiz?

- Deyə bilərəm ki, artıq komandaya tam adaptasiya olmuşam. Bir-birimizi getdikcə daha da yaxşı tanıyırıq. İnanıram ki, oyundan-oyuna hər şey istədiyimiz kimi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti