"Ponomaryovun gəlişindən sonra komandada sıçrayış var"

29 Sentyabr 2019 20:03 Sabah 424
"Ponomaryovun gəlişindən sonra komandada sıçrayış var"

Azərbaycan Premyer Liqasında VI turun “Sabah” – “Səbail” (3:0) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin məşqçisi Rövşən Babayev jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bölüşüb.

- Yaxşı qələbə qazandıq. Bizə inananlara təşəkkür edirik. Uşaqlar sağ olsunlar ki, 3 xal qazandıq.

- Hücum xəttində vəziyyət necədi?

- Ötən oyunda hücumçularımız zəif çıxış etmişdi. Sadəcə, fikirlərim düz ifadə olunmamışdı. Bu gün isə komanda şəklində yaxşı oynadıq.

- Demişdiz ki, Ponomaryovla görüşməmisiz. İndi yəqin ki, müzakirələriniz olub...

- Biz komandanı bir yerdə hazırladıq. İqor müəllimin gəlişindən sonra komandada sıçrayış var. Danışmışdıq ki, yaxşı futbol oynayıb, qələbə qazanaq.

- İqor Ponomaryov ilk oyunda qələbə qazandı. Ancaq mətbuatda bir neçə mütəxəssisin adı “Sabah”la hallanır. Sizcə, Ponomaryov qalmalıdı, yoxsa...

- Mən bu haqda heç nə deyə bilmərəm. Bizim işimiz komandanı yuxarı qaldırmağa çalışmaqdı.

- Bu qələbənin böyük geridönüşün başlanğıcı olduğunu demək olar?

- 3 xal çox vacib idi.

- Ukraynalı mütəxəssis Yuri Vernidub stadionda idi...

- Məlumatım yoxdu.

- “Sabah”ın qollarının heç birini hücumçular vurmadı...

- Futbol komanda oyunudu.

- Bəs amplualar üzrə bölünmə niyədi?

- Sadəcə, bu gün fikirləşdiklərimiz alındı.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"