"Sabah"ı oyuna Ponomaryov çıxarmayacaq? - Klubdan açıqlama

29 Sentyabr 2019 16:57 Sabah 636
"Sabah"ı oyuna Ponomaryov çıxarmayacaq? - Klubdan açıqlama

Premyer Liqanın VI turunda "Sabah" bu gün evdə "Səbail"i qəbul edəcək. Artıq hər iki komandanın heyəti açıqlanıb. Maraqlıdır ki, rəsmi protokolda "Sabah"ın baş məşqçisi kimi İqor Ponomaryov deyil, Rövşən Babayev göstərilib.

Məsələ ilə bağlı klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq. Həmidov Sportinfo.az-a açıqlamasında bunları söylədi:

"Ponomaryovun məşqçi lisenziyasının vaxtı bitib. Yenilənməyə ehtiyacı var. Ona görə də baş məşqçi kimi Rövşən müəllimin adı qeyd edilib".

Qeyd edək kiI, oyun 17:30-da start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti