"Sabah" - Vernidub görüşünün detalları: 3 illik müqavilə və büdcə artımı

29 Sentyabr 2019 17:25 Sabah 914
"Sabah" - Vernidub görüşünün detalları: 3 illik müqavilə və  büdcə artımı

Xəbər verdiyimiz kimi, "Zarya"nın sabiq baş məşqçisi Yuri Vernidub "Sabah"la danışıq aparmaq üçün Bakıdadır. Dünən gecə saatlarında paytaxtımıza gələn ukraynalı mütəxəssis sabah klub rəhbərliyi ilə görüşəcək.

Sportinfo.az-ın əldə etdiyi digər məlumata görə, artıq tərəflər arasında ilkin fikir mübadiləsi olub. 3 illik müqavilə tələb edən 53 yaşlı çalışdırıcı rəhbərliyin qarşısına konkret şərtlər qoyub. Təcrübəli məşqçi ilk növbədə tələb edib ki, transfer büdcəsi artırılmalı və işinə heç bir müdaxilə olunmamalıdır.

Hələlik müqavilənin müddəti ilə bağlı müəyyən fikir ayrılığı var. "Sabah" rəhbərliyinin istəyi "1+2 illik" sözləşmədir. Verniduba ən yaxşı halda isə "2+1 illik" müqavilə təklif oluna bilər. Bütün məsələlərə sabahkı görüşdən sonra tam aydınlıq gələcək. Hazırda isə ukraynalı məşqçi "Sabah"-"Səbail" matçını stadiondan canlı izləyir.

Onu da əlavə edək ki, hazırda "Sabah"ın baş məşqçi postuna ən real namizəd məhz Vernidubdur. Klubun təklif göndərdiyi digər məşqçilərdən hazırda "Astana"nı çalışdıran Roman Qriqorçuk Azərbaycana qayıtmaq barədə düşünmədiyini bildirib. "Ordabaşı"nın baş məşqçisi Kaxaber Sxadadze isə yalnız Qazaxıstanda çempionat başa çatdıqdan sonra - noyabrın sonlarında təklifə cavab verə biləcəyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti