"Sabah" Ukraynadan məşqçi gətirdi - SON DƏQİQƏ

28 Sentyabr 2019 22:45 Sabah 1 397
"Sabah" Ukraynadan məşqçi gətirdi - SON DƏQİQƏ

"Sabah" baş məşqçi postuna təyin etmək istədiyi mütəxəssisi ölkəmizə dəvət edib.

Sportinfo.az-ın əldə etdiyi məlumata görə, Ukraynadan olan çalışdırıcı artıq Bakıdadır. Adı açıqlanmayan məşqçi danışıq aparmaq üçün paytaxtımıza gəlib.

O, "Sabah"ın "Səbail"lə oyununu tribunadan izləməyəcək. Klub rəhbərliyinin onu mediadan gizlətmək üçün bu addımı atacağı istisna olunmur. Gələn həftənin ilk iş günü həmin məşqçi ilə rəhbərliyin görüşü olacaq.

Bizim ehtimalımıza görə isə bu, "Zarya"nın sabiq baş məşqçisi Yuri Vernidubdur. 2015-2018-ci illərdə "Qəbələ"də çıxış etmiş müdafiəçi Vitali Vernidubun atası ötən mövsümün sonunda Luqansk təmsilçisindən ayrılıb. 2011-2019-cu illərdə çalışdırdığı "Zarya"nı 2 dəfə Avropa Liqasının qrup mərhələsinə çıxarmış 53 yaşlı məşqçi 4 gün öncə yerli mətbuata açıqlamasında bir klubdan təklif aldığını və hazırda bununla məşğul olduğunu bildirib:

"Hazırda götür-qoy etdiyim bir təklif var. Amma indi deyil, qışa yaxın müqavilə bağlayacam. Hələlik tanış oluram. Bunun layihə olmasını istəyirəm. 6 aylıq, 1 və ya 2 illik deyil, minimum 3 illik sözləşmə olmalıdır. Qarşısına yüksək hədəflər qoymuş komandada çalışmaq hər zaman xoşuma gəlib. "Zarya"da olduğu kimi hər şeyi özüm qurmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı