Ümit Özatın qardaşı: "Sabah" məsələsi haqda onunla danışmaq imkanım olmayıb"

27 Sentyabr 2019 18:09 Sabah 405
Ümit Özatın qardaşı: "Sabah" məsələsi haqda onunla danışmaq imkanım olmayıb"

"Adana Dəmirspor"dan ayrılan Ümit Özatın "Sabah"ın baş məşqçi postuna dəvət ediləcəyi xəbərləri səngimək bilmir. Türkiyəli mütəxəssisin Premyer Liqa təmsilçisi ilə artıq anlaşdığı da deyilir.

Onun qardaşı, həmçinin əsas köməkçisi olan Murat Özat məsələ ilə bağlı Sportinfo.az-a açıqlama verib. O, qardaşının "Sabah"ın baş məşqçi postuna keçib-keçməyəcəyi ilə bağlı sualı belə cavablandırıb:

"Hələ ki, qardaşımla bu məsələ haqda danışmamışam. Mən də mətbuatdan oxumuşam. Ümit Özatın bəzi işləri var, başı həmin məsələlərə qarışıb. Ona görə də "Sabah" məsələsi haqda onunla danışmaq imkanım olmayıb.

"Sabah"dan təklif gəlsə, hansı cavabı verər? Bunu gərək özü cavab versin. Amma məncə, təklif onu razı salandan sonra niyə də Azərbaycanda çalışmasın? Nəticədə, çörəkpuludur və hər yerdə işləmək olar".

Digər Xəbərlər
Xəbər Lenti