“Səbail”in sabiq legioneri, hazırda Kipr “Olimpiakos”unda çıxış edən Bilal Həmdi müsahibə verib.
Sportinfo.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Azərbaycan çempionatında oynamasından, “Səbail”də yaranan problemlərdən danışıb:
- “Olimpakos”da işlərin necə gedir?
- Hər şey qaydasındadır. Yaxşı çempionata gəlmişəm. Ümid edirəm ki, hər şey daha yaxşı olacaq.
- Azərbaycan çempionatı ilə müqayisə edə bilərsən?
- Azərbaycanda yalnız 8 komanda var. Orada xeyli sayda əcnəbi olsa da, limit hamısına oynamaq imkanı vermir. Amma burada hər şey fərqlidir. Heç bir limit yoxdur və 11 əcnəbi meydana çıxa bilər. O baxımdan rəqabət güclüdür.
- “Səbail”ə yayda gəlib mövsüm başlamamış ayrıldın. Bunun səbəbi nə idi?
- Maddi problemlər yarandı. Dedilər ki, komandadan getmək istəsəniz, gedə bilərsiniz. Çünki sizin bir neçə aylıq maaşınız gecikəcək. Bu səbəbdən də oradan getmək qərarı verdim. İndi yaxşı komandadayam.
- Maaşının hamısını ala bildinizmi?
- Yox, 2 aylıq maaşım qaldı.
- Bu pulu almaq üçün “Səbail”lə danışıqlar aparırsınız?
- Yox. Çünki baş məşqçi mənim getməyimi istəmirdi. O deyirdi ki, komandada qal və düzələcək. Amma mən ayrılmaq istədim. Ona görə də 2 aylıq maaşımı heç onlardan soruşmuram. Özüm ayrılmaq istəmişəmsə, soruşmaq fikrim yoxdur.
- “Səbail” yayda xeyli futbolçu cəlb etdi. Hamı düşünürdü ki, komandanın yaxşı büdcəsi var…
- Bunu “Səbail” rəhbərliyindən soruşun. Mən də başa düşmədim ki, nə baş verdi. Niyə belə oldu?
- Klub rəhbərliyi ilə hər hansı söhbət oldumu?
- Onlarla indi də münasibətim var. Baş məşqçi ilə də danışıram (futbolinfo.az).

