"Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Premyer Liqanın V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında matçlar bağlı fikirlərini bildirib. Sportinfo.az xəbər verir ki, mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib.
- Rəqibi təbrik edirəm. Hava şəraiti öz sözünü dsdi. Qısa müddətdə komandada vəziyyətdə dəyişməyə çalıdşıq. Ancaq alınmadı. İşimizi davam etdərərk son pillədən qurtulmağa çalışacağıq.
- İkinci 45 dəqiqə külək istiqamətində "Sabah" oynadı. Çoxlu qol imkanları yaratdınız. Niyə vura bilmədiniz?
- Hiss olunur ki, hücumda çatışmazlığımız var. Gücləri çatmır, keyfiyyət istənilən deyil. Yüksək səviyyədə futbolçu deyillər.
- Bir həftə baş məşqçi əvəzi oldunuz. Müvəqqəti baş məşqçi İoqr Poinomaryova nə məsləhət görrədiniz?
- Onunla görüşməmişik ki, nəsə deyim. Bu görüşdən sonra deyə bilərəm. Əslində, bir həftə yox, 4-5 gün iş başında olmuşam. Bu mövsüm əvəzediiclərdə olsam da, əsas komandada baş verənləri bilirdim. Ponomaryovla görüşəndə deməyə sözüm olacaq.
- Vaxtilə Sumqayıt"ın baş məşqçisi çalışmışısınız. Sumqayıta rəqib kimi gələrkən hansı hissləri keçirirdiniz?
- Yaxşı sualdı. Udmaq istəyirdik. Ancaq alınmadı

