İqor Ponomaryov: "Sabah"a bacardığım köməyi edəcəm" - EKSKLÜZİV

19 Sentyabr 2019 11:53 Sabah 838
İqor Ponomaryov: "Sabah"a bacardığım köməyi edəcəm" - EKSKLÜZİV

"Sabah" müvəqqəti olaraq baş məşqçi postunu İqor Ponomaryova tapşırdı. Millimizin sabiq baş məşqçi təyinatı ilə bağlı Sportinfo.az-a açıqlama verib.

"Bacardığım qədər klubumuza kömək etməyə çalışacam. "Sumqayıt"la oyunu sadəcə azarkeş kimi izləyəcəm. Bazar ertəsindən artıq baş məşqçi vəzifəsini icra etməyə başlayacam. Əlimizdən gələni edəcəyik ki, bu vəziyyətdən çıxaq. Mən "Sabah"ın Müşahidə Şurasının üzvüyəm. Müşahidə Şurasında olanların hər biri komandamıza müxtəlif cür kömək edir. Mən də futbol meydanında yardım etməyə çalışacam"

"Sabah" 4 oyundan sonra 2 xalla turnir cədvəlində sonuncu yeri tutur. Çempionatın startındakı uğursuzluqdan sonra baş məşqçi Elşad Əhmədov istefaya göndərildi. O, bundan sonra klub prezidentinin müşaviri kimi çalışacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti