Azərbaycanlı baş məşqçi üçün meydançaya tort gətirdilər - FOTO

13 Sentyabr 2019 10:10 Sabah 625
Azərbaycanlı baş məşqçi üçün meydançaya tort gətirdilər -  FOTO

Azərbaycan Premyer Liqasında IV turun oyunları həftəsonu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, “Sabah” Masazırda "Qəbələ"ni qəbul edəcək.

Görüş sentyabrın 14-də saat 20:00-da “Bank Respublika Arena”da baş tutacaq və “CBC Sport” kanalıyla canlı yayımlanacaq.

“Sabah“ bu görüşün hazırlığını intensivləşdirib. Komandanın məşqində Elşad Əhmədovun ad günü qeyd olunub. 49 yaşlı baş məşqçi üçün meydançaya tort gətirilib.

Digər Xəbərlər
Xəbər Lenti
2 Sentyabr 16:10 Çək və bizə göndər!
2 Sentyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM