“Mançester Yunayted”ın “Sabah” üçün iştirak ərizəsi - Ulduzlar boy-boya...

5 Sentyabr 10:40 Sabah 901
“Mançester Yunayted”ın “Sabah” üçün iştirak ərizəsi - Ulduzlar boy-boya...

“Sabah”ın rəqiblərindən olan “Mançester Yunayted”in Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi müəyyənləşib.

Sportinfo.az bu barədə klubun saytına istinadən xəbər verir.

İngiltərə təmsilçisinin siyahısında aşağıdakı futbolçular yer alıb:

Qapıçılar: Senne Lammens, Karl Darlou, Tom Hiton, Dermot Mi;

Müdafiəçilər: Dioqo Dalot, Nüsseyr Mazraui, Matteys de Liqt, Harri Maquayr, Lisandro Martines, Patrik Dorqu, Luk Şou;

Yarımmüdafiəçilər: Meyson Maunt, Bruno Fernandes, Andrey Santos, Yuri Tilemans, Karlos Baleba, Manuel Uqarte, Eyden Heaven;

Hücumçular: Markus Raşford, Mateus Kunya, Coşua Zirkze, Amad Diallo, Brayan Mbeumo, Taynan Tompson, Benjamin Şeşko.

“Mançester Yunayted” Liqa mərhələsinin ilk turunda sentyabrın 10-u öz meydanında Azərbaycan çempionu “Sabah”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM